Sabunçu Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə xitam verildi
15 Dekabr 2022 19:56 SiyasətPrezident İlham Əliyev Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi S.Ə.Ağayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Sərəncam imzalayıb.
Olaylar.az xəbər verir ki, Sərəncamla Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, qərara alınır:
- Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Əhməd oğlu Ağayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31