2023-cü il dövlət büdcəsi layihəsində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi təqdirəlayiq haldır - ÖZƏL
25 Noyabr 2022 12:40 Siyasət"Ölkəmizə qarşı regionun və dünyanın ayrı-ayrı dövlətlərinin qərəzli münasibəti, müxtəlif vasitələrlə təzyiqlər etmək cəhdlərinin müşahidə olunduğu bir vaxtda 2023-cü il dövlət büdcəsi layihəsində hər şeydən öncə milli təhlükəsizliyin təmin olunması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadi inkişafın prioritet olaraq müəyyən olunması çox təqdirəlayiqdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, Cənab Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın qəbul olunması haqqında imzaladığı sərəncamda azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək 5 illik prioritetlərindən biri kimi qiymətləndirilir: "Bu, milli prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası"nın reallaşdırılmasına xidmət edən mühüm bir sənəddir və bu sənədin maliyyə təminatına dövlət büdcəsinin layihəsində ayrıca yer alması təqdirəlayiq hal olmaqla, həm də növbəti ilin büdcəsini fərqləndirən mühüm məqamlardan biridir. Bu da vətəndaşların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcəkdir. Torpaqlarımızın işğaldan azad olunmasıdan sonra yeni inkişaf mərhələsinə başlayan ölkəmiz üçün sosialyönümlü büdcənin qəbul edilməsi, sosial məsələlərə daha çox maliyyə ayrılması bütün vətandaşlarımız tərəfindən yüksək qiymətləndirilir."