Gələn ilin yaşayış minimumu qəbul edildi

Milli Məclisdə "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, qanun layihəsi birinci oxunuşda müzakirələrdən sonra qəbul olunub. Layihəyə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü ildə 246 manat təşkil edəcək. Əmək qabiliyyətli əhali üçün bu məbləğ 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün isə 220 manat təşkil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31