Əli Əsədov Mixail Mişustinlə görüşüb - FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində avqustun 26-da Çolpon-Ata şəhərində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.

Olaylar.az xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Hökumət başçıları ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələləri müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31