Əli Əsədov Belarusun Baş naziri ilə görüşüb - FOTO

Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 25-də Çolpon-Ata şəhərində Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşüb.

Olaylar.az bildirir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31