Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO
24 Avqust 2022 20:12 SiyasətQazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına rəsmi səfəri avqustun 24-də başa çatıb.
Olaylar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31