Qazaxıstan Prezidenti: Qarabağın və Şərqi Zəngəzurun necə dinamik dirçəldildiyini görürük
24 Avqust 2022 19:24 SiyasətQarabağın və Şərqi Zəngəzurun necə dinamik dirçəldildiyini görürük. Sizin şəxsi səyləriniz sayəsində yaxın gələcəkdə bu region çiçəklənən diyara çevriləcək, buna heç bir şübhə yoxdur.
Olaylar.az xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan ilə Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevlə mətbuata bəyanatında ifadə edib.
Qazaxıstan öz tərəfindən bu nəcib işə əlindən gələn töhfəni verməyə hazır olduğunu deyən Kasım-Jomart Tokayev bildirib ki, bu gün onların hədiyyəsinin təqdimatı keçirildi və gələn ilin sonunadək Füzuli şəhərində Kurmanqazı adına incəsənət məktəbi tikiləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31