Zaman Azərbaycanın xeyrinə işləyir- DEPUTAT

"Bu gün Azərbaycan xalqı üçün çox önəmli tarix yazılır. Laçın şəhəri, Zabux və Sus kəndlərindən keçən dəhliz bu gündən başlayaraq ermənilər üçün artıq keçilməz olacaq. Bu ərazilər Azərbaycana təhvil verilir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, Rusiya sülhməramlıları blok-postlarını bu yoldan çıxarırlar: "İnanırıq ki, yaxın vaxtlarda digər ərazilərimizdə qanunsuz məskunlaşan ermənilər də çıxarılacaq və həmin ərazilər qanuni sahiblərinə geri qaytarılacaq. Zaman Azərbaycanın xeyrinə işləyir! Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan Ordusu!!!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31