Əsas məsələ yeni yola “dəhliz statusu”nun verilib-verilməməsidir

"Rusiya sülhməramlılarının Laçın dəhlizindəki postları sökülür: gözləntilərə görə, sabah - 25 avqustdan sülhməramlılar yeni yola keçməli, Laçın şəhəri, Zabux kəndi və artıq keçmiş sayılacaq dəhliz üzərindəki ərazilər Azərbaycana təhvil verilməlidir". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, əsas məsələ yeni yola "dəhliz statusu"nun verilib-verilməməsidir: "Bakının "dəhliz statusu" ilə bağlı razılaşmadığına dair məlumatlar var. Erməni mediası yazır ki, Azərbaycan tərəfi yeni yola "dəhliz statusu"nun verilməsi məsələsindən öncə razılaşmanın 4-cü bəndinin - erməni qoşunların Qarabağdan çıxarılmasının icra edilməsini, həmçinin, separatçıların qondarma "müdafiə ordusu"nun tamamilə ləğv edilməsini tələb edir. Bu tələblər yerinə yetirildiyi təqdirdə yeni yolun "dəhliz statusu" müzakirə edilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31