Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar
24 Avqust 2022 13:21 SiyasətAvqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın "Bİ-Group" Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, "Bİ-Group" Holdinqin Direktorlar Şurasının sədri Aydın Raximbayev dövlət başçılarına layihə barədə məlumat verdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31