Zəngəzur dəhlizinin açılmasını Türkiyə Rusiya ilə müzakirə edir
24 Avqust 2022 13:06 Siyasət"Azərbaycan üçün Ermənistanla danışıqlar predmeti olacaq əsas məsələ Zəngəzur dəhliznin açılmasıdır. Artıq Qarabağ münaqişəsi bitib və bəzi problemlerin həlli Yerevanla müzakirə edilməyəcək. Artıq Qarabağda yerli ermənilərlə təmas reallaşıb. Ona görə də Ermənistanla danışıqlar iki ölkə arasında münasibətlərin qurulmasıdır. Xüsusilə, Zəngəzur dəhlizinin açılmasıdır". "Olaylar" xəbər verir ki, bunu deyən MCP sədrinin muavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması nə qədər strateji əhəmiyyətlisirsə, Türkiyə üçün də pioritet kəsb edir. Türkiyənin Mərkəzi Asiyaya açılması, türk dövlətləri ilə siyasi-iqtisadi əlaqələri, həmçinin Rusiya ilə dəmiryol əlaqəsi, məhz bu dəhliz vasitəsilə reallaşmalıdır. Yeni dünya nizamında Türkiyənin siyasi-iqtisadi mövqeyinin möhkəmlənməsində, bu dəhlizin açılması xüsusi əhəmiyyət kəsb edir. Artıq, Ankara "Zəngəzur" dəhlizinin açılmasını Rusiya ilə müzakirə edir: "Qeyd edim ki, ilk əvvəl Rusiya da bu dəhlizin açılmamasında maraqlı idi. Ukrayna müharibəsi fonunda Rusiyaya ağır iqtisadi sanksiyalar Kremlin öz mövqeyindən geri çəkilməsinə gətirib çıxardı. Xüsusilə, Ankara dəhlizin açılmasını Moskava ilə razılaşdırdı. Demək, Bakı-Ankara və Moskva Zəngəzur dəhlinin açılması istiqamətində razılığa gəlib. Hazırda Yerevan və Tehran belə bir dəhlinin açılmamasında maraqlıdır. Ermənistan baxmayaraq ki, 10 noyabr Birgə Bəyannamənin 9-cu bəndinə əsasən müddətsiz dəhlizin açılmasına razılaşıb. Həmişə kimi Ermənistan yenə də razılaşmalardan geri çəkilir. Unudur ki, artıq Azərbaycan qalib tərəfdir və Ermənistanın çıxış yolu yoxdur. Əgər, Bəyannamədə dəhlizin açılmasi qeyd edilibsə, Yerevanin bütün avantüralarina rəğmən açılacaq. Çünki, öhdəliyə imza atıb. Rəsmi Yerevan məhz türkfobiya siyasətinə görə belə bir dəhlizdən imtina edir. İran da Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada siyasi mövqeyinin artmasından narahat olduğu üçün dəhlizin açılmasını kəskin şəkildə qəbul etməyəcəyini elan edir.
Qeyd edim ki, Böyük Britaniya və Avropada Zəngəzur dəhlinin açılmasında maraqlıdır. Rusiyadan yan keçən Qərblə -Şərqi birləşdirən bu nəqliyyat dəhlizinin iqtisadi faydalarının fərqindədir. Qərb də yeni marşutla Çin və Uzaq Şərq ölkələri ilə quru əlaqəsini bərpa etmiş olur. Növbəti dəfə prezident İlham Əliyev və N. Paşinyan görüşündə "Zəngəzur" dəhlizinin açılması müzakirə ediləcək. Prezident İlham Əliyev bu məsələdə prinspialdır və rəsmi Yerevan buna getməsə... güc tətbiqindən də çəkinməyəcək".