Prezident Qazaxıstan-Azərbaycan münasibətlərindən danışdı
24 Avqust 2022 12:39 SiyasətQazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü zamanı deyib.
Dövlət başçısı bildirib:
"Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək və Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır.
Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir daha xoş gəlmisiniz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31