Putin və Paşinyan Qarabağ razılaşmalarının həyata keçirilməsinin vacibliyini təsdiqləyirlər
24 Avqust 2022 12:28 SiyasətRusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı Qarabağ razılaşmalarının ardıcıl icrasının vacibliyini təsdiqləyiblər.
Olaylar.az xəbər verir ki, Kremldən verilən məlumata görə, söhbət Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
"Dağlıq Qarabağ ətrafında vəziyyətin müzakirəsi davam edib. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi təsdiq edilib" - deyə, məlumatda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31