Rusiyanın Ukraynaya raket zərbələri Kiyevi danışıqlar masası arxasına əyləşdirməkdir - Politoloq
23 Avqust 2022 18:30 Siyasət"Rusiya Qara dənizdə "Kalibrchr("39") raketlərilə təchiz edilmiş gəmilərinin sayını artırıb. Əsas məqsəd Ukraynanın infrastrukturunu kütləvi şəkildə raket atəşinə tutmaqdır. ABŞ kəşfiyyatı bu haqda məlumat verib. Ukrayna prezidenti V.Zelenski də Rusiyanın növbəti hərbi cinayəti barədə xalqı xəbərdarlıq edib".
"Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, avqustun 24-də Ukraynanin müstəqillik bayramıdır. Bundan istifadə edən Moskva Ukraynaya geniş miqyaslı raket hücumu istisna deyil. Rusiya bayramla əlaqədar Kiyev küçələrində sərgilənən vurulmuş silahlanlarının görüntüsünü hərbi arsenalının reytinqinə.mənfi təsir edəcəyindən qəzəblidir. Moskva Ukraynanin mülki infrasturukturuna raket zərbələri endirməklə son günlərdə Ukrayna qoşunlarının Xerson, Krım və Donbasda Rusiyanın hərbi lojistikasına raket zərbələri qarşısında ciddi itkilər verməsidir. Ukraynanın raket zərbələri onun üstünlüyünü bərpa edir və danışıqlar prosesindən geri çəkilir. Moskva bununla Ukraynanın hücumlarinı dayandırmasıni və danışıqlara gedib atəşkəs razılaşmasına getməsini hədəfləyir: "Moskva çalışır ki, indiki status-kvo ilə atəşkəsə nail olsun. Payızda Zaparoji, Xersonda referendum keçirməklə bu ərazilərin ilhaqi, yaxud qondarma bir rejim yaratsın. Artıq Rusiyanın Ukraynanin mərkəzi hissələrinə quru əməliyyatları nəticəsiz qalır. Rusiya hazırkı statusla mövqeyini qoruyub saxlayaraq atəşkəsə nail olub, Ukraynada qalib gəldiyini daxili auditoriya üçün elan etmək istəyir. Bununla Putinin reytinqinin qorunub saxlanılmasına hesablanıb. Müharibənin davam etməsi, Rusiyanın itkilərini artırır və daxili siyasi böhrana gətirib çıxarır. Ona görə də Moskva növbəti dəfə Ukraynanı geniş miqyaslı raket atəşinə tutmaqla, planını reallaşdırmağa çalışacaq. Amma, Ukraynanın Kremlin şərtlərinilə atəşkəsə gedəcəyi gözlənilmir və müharibənin daha da dağıdıcı olacağı gözlənilir. Ukrayna Rusiyanın raket zərbələrinə cavabı əsasən, Rusiya ərazisində infrastrukturların hədəfə alınmasi ilə nəticələnəcək. Baş verənlər bütövlükdə Moskvanın əleyhinə işləyir. Rusiya elə bir çətin durumla üzləşib ki, Ukrayna bataqlığında ilişib qalıb. Bu müharibə Rusiya siyasi istebləşmentində dəyişikliklərə yol açması mümkündür. Məhz A. Duqinin qızına qarşı bombalı hücum da daxili siyasi vəziyyətin pisləşdiyini göstərir".