ABŞ Ukraynaya hərbi yardım paketinə yeni sursatlar daxil etdi
23 Avqust 2022 14:14 SiyasətABŞ "Excalibur" sursatlarını Ukraynaya yeni hərbi yardım paketinə daxil edib. Vaşinqtonun tədarük etdiyi silahlar müvafiq siyahıda göstərilənlərlə "məhdudlaşmır".
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "UNIAN"-ın məlumatına görə, qeyd edilir ki, "Excalibur" idarəolunan artilleriya mərmiləri 155 millimetrlik artilleriya qurğularında istifadə edilir. Bildirildiyinə görə, ABŞ Ukraynanı göstərildiyindən daha çox silahla təmin edir.
Məsələn, bu yaxınlarda "Yahoo News" belə bir təxmin irəli sürdü ki, ABŞ Ukraynaya ATACMS ailəsinin idarəolunan operativ-taktiki ballistik raketlərini verib. Bu raketlərin veriləcəyi isə Pentaqon tərəfindən rəsmən bəyan olunmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31