Bu gün Azərbaycan sabitlik adası kimi siyasi təkamülünü təmin edir
23 Avqust 2022 12:15 Siyasət"Prezident İlham Əliyevin güclü dövlət konsepsiyası nəticəsində Azərbaycan xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, "demokratiya laboratoriyası"na çevrilən region ölkələrindən fərqli olaraq həm öz milli qüdrətini artırıb, həm də Zəfər tarixi yaradaraq tarixi yenidən yazıb - tarixin yaddaşına əbədi həkk olunub". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Nurlan Qələndərlinin sözlərinə görə, bu gün Azərbaycan sabitlik adası kimi siyasi təkamülünü təmin edir: "Zaman keçdikcə - geosiyasi üfüqlər aydınlaşdıqca anlaşılır ki, şanlı Qələbəmiz təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin təmini deyil, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Zəfərin strateji prosesə çevrilməsi isə Azərbaycanın sarsılmazlığını təmin edən 4 əsas sütundan biridir. İndi Azərbaycan Zəfər marşındadır - sözün bütün mənalarında!"