Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə nazirləri görüşəcəklər
23 Avqust 2022 11:03 SiyasətGürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sektorunda məsul nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev gürcüstanlı və türkiyəli həmkarları ilə görüşdə iştirak etmək üçün avqustun 23-də Gürcüstana səfər edəcək.
Səfər çərçivəsində o, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə də görüşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31