Türkmənistan səfiri Şuşaya gedib
22 Avqust 2022 14:41 SiyasətTürkmənistanın Azərbaycana yeni təyin olunan səfiri Qurbanməmmet Elyasov Şuşaya səfər edib. "Olaylar" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tviter hesabında paylaşım edib. "Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri cənab Qurbanməmmet Elyasov Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya ilk səfərini edib. Səfir şəhərin tarixi yerləri ilə tanış olub, ona aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verilib",- o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31