Yeni yola nəzarət etməsək, ermənilər Azərbaycan ərazilərinə silah, sursat daşıyacaq- Politoloq

"Rusiya sülhməramlı qüvvələrinin müvəqqətdi yerləşdiyi ərazilədə silahlı erməni birləşmələrinin lojistikası məhz Laçın dəhlizi vasitəsilə həyata keçirilir. Baxmayaarq ki, Laçın dəhlizi humanitar keçid üçün nəzərdə tutulur.  Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə edilə bilməz. Amma, bu yoldan silahlı erməni birləşmələrinə silah sursat daşınıb, hətta 2021-ci il istehsalı olan minalarla təchiz edilib". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadınin sözlərinə görə, Azərbaycan Laçın dəhlizinin yoluna təhlükəsizlik zəmanəti verməklə, bundan istifadə edən Ermənistan Azərbaycan ərazilərini minalayıb. Məhz avqustun 4-də keçirlən "Qisas" hərbi əməliyyatı ilə nəzarətə keçən Qırxqız və digər strateji yüksəkliklər və ətraflı yüzlərlə minalar basdırlıb. Bu, minalar məhz müharibədən sonra,  Ermənistanda istehsal edilib. Demək, Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazilərinə silah və  sursatların daşınmasına mane olmayıb və ərazilərin minalanmasına yaşıl işıq yandırıb: "Artıq Laçın dəhlizinə alternativ yol hazırdı. Yeni yola nəzarət etməsək, ermənilər Azərbaycan ərazilərinə silah, sursat daşıyacaq. Ona görə də  bu yolda Azərbaycanın nəzarət məntəqəsi labüddür.Azərbaycan və Ermənistan liderlərinin Rusiyada yeni görüşü gözlənilir. Görünür, Moskva belə bir görüşün keçirilməsində maraqldıır. Təbii ki, Moskva görüşləri praqmatik baxımından nəticəsizdir. Amma, imzalanan sənəd və razılıq əldə  edildikdə, Azərbaycan güc tətbiq edərək razılaşmaların yerinə yetirilməsini təmin edir. Ermənistanla danışıqlar mənasızıdır. Ümumiyyətlə, ikitərəfli danışıqlara Azərbaycan tərəfi həmişə üstünlük verib. Amma, artıq belə bir ikitərəfli görüşlərdə Ermənistan üçün heç bir məna kəsb etmir. Ermənistan cəmiyyəti də sülhə hazır deyil və danışıqlarla rəsmi Yerevan razılaşmalara getməyə çəkinəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31