Laçında iki hərbçimiz minaya düşüb
22 Avqust 2022 12:23 SiyasətQubadlı hərbi prokurorluğu Laçın rayonunda iki hərbi qulluqçumuzun minaya düşməsi ilə bağlı məlumat yayıb.Prokurorluqdan verilən məlumatda bildirilir ki, Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə bağlı araşdırmalara başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31