Prokurorluq Elgün Ağayevin ölümü ilə bağlı MƏLUMAT YAYDI

Ustanın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə sorğuya cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, avqustun 21-i, saat 14 radələrində Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Elgün Ağayevin usta kimi işlədiyi çoxmənzilli yaşayış binasının zirzəmisində su xəttini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31