İran nümayəndə heyyəti Ağdama niyə səfər etsin...
19 Avqust 2022 15:06 Siyasət"Azərbaycan Respublikası Müdafə Nazirliyi bir maraqlı məlumat verib. Xəbərə görə ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti Ağdam rayonunda olub. Bir başa deyim ki, Ağdam da daxil olmaqla Azərbaycan ərazilərini Ermənistan, onun Rusiya və İran kimi havadarlarının sayəsində işğal etmişdi. İşğal dövründə isə İran hərbi siyasi rəhbərliyi bütün işğal olunmuş ərazilərimizdə dəfələrlə səfərdə olub, müdafiə sistemi qurmaqda bir başa iştirak edib"Olaylar" xəbər verir ki, bunu deyən Qarabağ qazisi, hüquqşünas Vüqar Dadaşovun sözlərinə görə, o zaman İran nümayəndə heyyəti nəinki Ağdamda, Şuşada belə olub və hətta qədim Azərbaycan məscidlərinin farslaşdırmağa çalışıb: "44 günlük müharibə zamanı isə sürətlə irəliləməkdə olan Azərbaycan Ordusunu Cəbrayıl rayonu ərazisinə soxulan İran qoşunları qarşısını kəsməklə hərbi planlarımıza mane olub. İndi xeyir ola İran hərbi nümayəndə heyyəti Ağdama səfər edir?! Bu səfər dostluq, əməkdaşlıq səfəri deyil, İranın və Ermənistanın hərbi imkanlarının mümkünlüyünün öyrənilməsi və kəşfiyyat məlumatlarının toplanmasıdır. İran Zəngəzurda Qafanda öz konsulluğunu açmaqla Ermənistan tərəfində olduğunu rəsmən təsdiq etdiyi halda İran nümayəndə heyyətinin Ağdama səfərinin nə mənası var?! Biz bu qədər sadəlövh və unutqanıqmı?"