Rəcəb Tayyib Ərdoğan: “Putinlə daim təmasdayam”
19 Avqust 2022 14:07 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Suriyadakı vəziyyətlə bağlı daim təmasda olduğunu bildirib.
Bu barədə o, Lvovdan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Mən cənab Putinlə danışıqlar apararkən deyirəm ki, gəlin bu prosesi möhkəmləndirək. Məsələn, mənim Soçiyə son səfərimdə Suriya bizim üçün vacib müzakirə mövzusu idi, gündəmdə idi. Hazırda Putin, Türkiyənin xarici işlər və müdafiə nazirləri ilə birgə terrorla mübarizə istiqamətində danışıqlarımızı davam etdiririk", - deyə Ərdoğan əlavə edib.
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31