“Hindistan Ukraynadakı əməliyyatı pisləməkdən imtina edir”- “Washington Examiner”

"Hindistan Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pisləməkdən imtina edir".

Bunu "Washington Examiner"in köşə yazarı Tom Roqan yazıb.

Onun sözlərinə görə, Hindistan Moskvanı xarici kapital və nüfuzla təmin edir: "Hazırkı hökumət Rusiya xüsusi xidmət orqanlarının yüksək rütbəli məmurlarını "isti qarşılamağa" davam edir".

Roqan Hindistanın Vaşinqtonun "əsas rəqibi" ilə əməkdaşlıq etdiyini və ABŞ-ın milli maraqlarına zərbə vurduğunu deyib: "Hindistanın Moskva ilə dostluq münasibətlərini saxlamaq qərarı vəziyyətə ciddi təsir edir".

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31