“Hər şey göz önündədir, terror aktı deyil” - Paşinyan
18 Avqust 2022 15:34 Siyasət"İrəvandakı ticarət mərkəzində baş vermiş partlayış terror aktı və ya qəsdən törədilmiş cinayət deyil".
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, "Sürməli" ticarət mərkəzində baş vermiş partlayışla bağlı açılmış cinayət işində müxtəlif fərziyyələr müzakirə olunur, mövcud sübutlar bunun daha çox ehtiyatsızlıqdan baş vermiş hadisə olduğunu göstərir.
Paşinyan partlayışla bağlı videogörüntülərə istinad edərək, olayda terror aktı məntiqinin istisna edildiyinin göz önüdə olduğunu bildirib.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31