Ərdoğan Ukraynada səfərdədir
18 Avqust 2022 15:17 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir.
O, Lvov şəhərinə çatıb.
Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.
Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.
Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən verilən məlumata görə, Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan və digər rəsmi şəxslər müşayiət edirlər.
Habertürk
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31