Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək
18 Avqust 2022 14:49 SiyasətQazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfər edəcək.
Səfər avqustun 24-nə planlaşdırılır.
Səfərin gündəliyinə ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, ümumilikdə Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafının müzakirəsi daxildir. Səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31