İran Azərbaycana qarşı dini məzhəbsəl pərdəarxasında hibrid müharibə aparır”- Politoloq
18 Avqust 2022 14:28 Siyasət"İranın Rusiya və Ermənistanla birgə PUA-ların təlimini təşkil etməsi əsasən, bu ölkələrin ordularını pilotsuz uçuş aparatları ilə təmin etməkdən ibarətdir. İranın Rusiyaya PUA verdiyi sirr deyil və Qərblə Rusiya arasında davam edən siyasi-hərbi konfontrasiyada Tehran bitərəfliyini qorumayaraq Moskvanın işğal siyasətinin yanında yer alır. Bu hərbi dəstək Qərb tərəfindən Tehrana baha başa gələcək və Vaşinqton Rusiyanın Ukrayanada məğlub etdikdən sonra, İranın yeni müharibəyə cəlb etməsi mümkündür. İrana yeni cəbhəni ABŞ, Talibanla müharibədə aça bilər".Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Tehran məhz Rusiyanın məğlub olmaması üçün əlindən gələn hərbi dəstəyi edəcək. Təbii ki, bura Rusiya üçün xüsusi əhəmiyyət kəsb edən PUA verilməsidir. Hətta İran hərbi təlimatçılarının da Rusiyaya verdiyi PUA-lar idarə edilməsi üçün Ukrayanada olduğunu istisna etmək olmaz: "İran təkcə Qərbə qarşı Rusiyanı dəstəkləməklə deyil, digər cəbhədə də yer alır. Bu, Cənubi Qafqazda Azərbaycan və Türkiyəyə qarşı olmaq üçün Ermənistanı dəstəkləməkdir. Tehran ikinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan tandeminə qarşı mövqe ortaya qoyur. Məhz Tehran regionda sülhün əleyhinə olmaqla Ermənistanı siyasi olaraq tam dəstəkləyir. Bundan sonra da onun silahlanmasında yer almağı planlayıb. İranda keçirilən PUA təlimində Ermənistan hərbçilərinin də yer alması bunu deməyə əsas verir.
Tehran Ermənistanı müasir PUA-larla təchiz edəcəksə, Cənubi Qafqazda özünə qarşı yeni cəbhə aça bilər. Yeni cəbhənin açılması isə, Tehranın bütün cəbhələrdə məğlub olmasını şərtləndirəcək. Bu gün prezident İlham Əliyevin İranla bağlı siyasətində dost və qarşılıqlı etimada əsaslanan siyasət durur. Amma, İran bu siyasəti tərs qəbul edərək Azərbaycana qarşı dini məzhəbsəl pərdəarxasında hibrid müharibə aparır".