Çin Rusiyaya qoşun göndərəcək
18 Avqust 2022 10:37 SiyasətÇin birgə təlimlər üçün Rusiyaya qoşun göndərəcəklərini açıqlayıb.
Bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, təlimdə Çin, Hindistan Belarus və Tacikistanın hərbçiləri iştirak edəcək.
Çin Müdafiə Nazirliyinin bəyanatında təlimlərdə iştirakın hazırkı regional və beynəlxalq vəziyyətlə bağlı olmadığı bildirilib.
Birgə təlimin davam edən əməkdaşlıq sazişinin bir hissəsi olduğu qeyd olunub:
"Məqsəd iştirakçı ölkələrin orduları ilə praktiki və dostluq əməkdaşlığı dərinləşdirmək, iki ölkə arasında strateji tərəfdaşlığı inkişaf etdirməkdir".
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31