İran və İsrail səfirləri arasında daha bir GƏRGİNLİK: "Nəticələrini səni idarə edənlər də..." - FOTOLAR
17 Avqust 2022 14:07 Siyasət"İranın ərazi bütövlüyünə qarşı təxribat bizim qırmızı xəttimizdir".
Bu barədə İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi deyib.
"Dindən çıxmaq və Allahın peyğəmbərlərini təhqir etməyin şəriət hökmü var ki, onu sənin beynin dərk etməkdən acizdir.
Amma İranın ərazi bütövlüyünə qarşı təxribat qırmızı xətdir ki, bunun acı nəticələrindən təkcə sən (avantürist oğlancığaz) deyil, həm də səni idarə edənlər də yaxşı xəbərdardır", - Musəvi bildirib.
Qeyd edək ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik bir müddət öncə Salman Rüşdinin bıçaqlanması ilə bağlı fikirlərini "Tvitter" hesabında paylaşıb və özünün də İran tərəfindən təhdid edildiyini bildirib.
sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

