Qarabağda rus icmasının yaradılması təxribatdır

Bakıdakı Rus İcması öz sözünü deməlidir

"Qarabağda rus icmasının yaradılması təxribatdır. Təbii ki, Rusiyanın müxtəlif strukturlarında kök salmış bəzi qüvvələrin hədəflərində o durur ki, Qarabağ münaqişəsi bitməsin, uzun illər davam etsin. Çünki münaqişə bitsə, o zaman sual yaranacaq Qarabağda rus sülhməramlılarına nə ehtiyac var". Bunu "Olaylar"a deyən  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirlinin sözlərinə görə, Rusiya bölgədə mövcudluğunu saxlamaq üçün daha sivil, Azərbaycanın maraqlarını təmin edəcək üsullar tapmalıdır: " Məkrli siyasətin pespektivi yoxdur. Belə çirkin layihələrə son qoymaq, Qarabağda rus icmasının təhlükəli oyunlarını dayandırmaq üçün Azərbaycan qanunlarının adı çəkilən regionda  tətbiqi zəruridir. Artıq ondan sonra  bir çox məsələlər tədricən yerini tapacaq.  Azərbaycanın çörəyini yeyib, suyunu içən  Bakıdakı Rus İcması bu zəruri məqamlarda öz sözünü deməlidir. Ədalətin, haqqın yanında olduğunu  ortaya qoymalıdır. Bütün dinlər bir çox mənfilikləri,  o cümlədən riyakarlığı qəbul etmir".

Rusiya Ermənistana nota verdi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31