Azərbaycan-Gürcüstan sərhədində vəziyyət necədir? - AÇIQLAMA
16 Avqust 2022 12:04 Siyasət"Azərbaycan-Gürcüstan sərhədində (Keşikçidağ ərazisi) vəziyyət stabildir". Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) aparat rəhbəri general-mayor Elçin İbrahimov DSX-nin 103 illiyinə həsr olunan hesabat tədbirində deyib.O bildirib ki, dövlət sərhədində Gürcüstan polisi ilə sıx əməkdaşlıq aparılır: "İllər əvvəl baş verən insidentdən sonra ərazidə nəzarət daha da gücləndirilib. Hər hansı insident və problem yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31