Azərbaycan XİN Misirə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Misirə başsağlığı verib.

Olaylar.az xəbər verir ki, bu haqda Azərbaycan XİN-in tviter səhifəsində paylaşım edilib.

"Misirdə Qahirədə Əbu-Sefein Kopt Kilsəsində baş verən yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığı veririk. Yaralılara tez şəfa diləyirik", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, dünən Misirdə kilsədə yanğın baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31