Çindən ABŞ-a: “1,4 milyarddan çox çinliyə düşmən olmağın sonu də heç yaxşı bitməyəcək”
12 Avqust 2022 16:50 SiyasətVaşinqton ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfəri nəticəsində Tayvan boğazında yaranmış gərginlikdən regionda hərbi mövcudluğunu artırmaq üçün istifadə edə bilər.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "İnterfaks"-ın məlumatına görə, bu barədə Çinin xarici işlər naziri Van İ jurnalistlərə bildirib.
"ABŞ bu problemdən istifadə edə və hərbi gücünü artıra və daha ciddi bir böhran yaratmağa cəhd edə bilər deyə, biz ayıq-sayıq davranırıq", - nazir qeyd edib.
Onun sözlərinə görə, ABŞ-ın Tayvan məsələsində xəyanəti və qəsdən təxribatı Pekin və dünya ictimaiyyəti tərəfindən onlara olan etimadı daha da sarsıda bilər.
"1,4 milyarddan çox çinliyə düşmən olmağın sonu heç vaxt yaxşı nəticələnməyəcək", - deyə Çinin XİN rəhbəri vurğulayıb.
Van İ əlavə edib ki, başqa ölkələrdəki bir sıra siyasətçilər adanın müstəqilliyinin tərəfdarıdırlar və ABŞ-dan nümunə götürə bilərlər. Diplomat xəbərdarlıq edib ki, bu dövlətlərin hakimiyyət orqanları "vəziyyəti səhv qiymətləndirirlər" və bu, onların Çinlə münasibətlərinin pozulmasına gətirib çıxara bilər.