Sülhməramlılar Xocalıda erməni avtomobili ilə toqquşdu - 4 ÖLÜ
12 Avqust 2022 14:12 SiyasətBu gün Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının avtomobili Xankəndi-Xocalı avtomobil yolunda ağır qəzaya uğrayıb.
Olaylar.az Unikal-a istinadən xəbər verir ki, polisin məlumatına görə, nəticədə 4 nəfər (qadın) ölüb.
Bildirilib ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısının idarə etdiyi "HAVAL H9" markalı avtomobil, Xocalı rayonunun Dağyurd kəndində məskunlaşan erməninin "VAZ-2107" markalı avtomobili ilə toqquşub.
Qəza nəticəsində "VAZ-2107"nin sürücüsü sağ ağciyərin aşağı nahiyəsinin kəsilmiş-deşilmiş sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Elə həmin avtomoobilin 4 qadın sərnişini isə yerindəcə keçinib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31