Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub

Azərbaycan prezidentinin sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Çingiz oğlu Mürsəlov bu gün prezidentin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

O.Mürsəlov ona göstərilən etimada görə minnətdarlığını bildirib.

Azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31