Jalə Əhmədova seçicilərinin problemləri ilə maraqlanıb
12 Avqust 2022 12:16 SiyasətMilli Məclisin deputatı Jalə Əhmədova Salyan rayonunda seçicilərimin növbəti qəbulunu keçirib. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə sosial şəbəkə hesabından məlumat verən millət vəkili bildirib ki, ilk olaraq şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçılarını qəbul edib, onların hər birini ayrı-ayrılıqda dinləyərək problemləri ilə maraqlanıb.
Deputat diqqətə çatdırıb ki, seçicilər əlillik, pensiya, işsizlik və məşğulluq məsələləri ilə bağlı problemlərdən danışıb və qeyd etdikləri məsələlərin müsbət həllində millət vəkilinin köməklik göstərməsini xahiş ediblər.
"Səhər saat 11-dən axşam saat 10-a kimi davam edən qəbul zamanı ümumilikdə 56 nəfər seçicini dinlədim. Onları narahat edən məsələlər barədə qeydiyyatlar aparıb, problemlərin həlli üçün səlahiyyətlərim çərçivəsində əlimdən gələn köməkliyi əsirgəməyəcəyimi bildirdim".
![]()