Müdafiə Nazirliyi MƏLUMAT YAYDI
12 Avqust 2022 11:16 SiyasətAzərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.
Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər görülür. Dəqiqləşdirilmiş döyüş mövqelərində xidmət edən hərbi qulluqçularımız istənilən təxribatın qarşısını almağa hər an hazırdırlar", - məlumatda qeyd edilib..
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31