Müsəlman ölkələri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edən tədbir

Bütün qonşuları, yaxın-uzaq ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq, ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə üstünlük verən Azərbaycan bu mənada İslam dünyası ilə də əməkdaşlığa xüsusi diqqət yetirir, sözügedən coğrafiyaya daxil olan ölkələrlə ikitərəfli və va çoxtərəfli formatda əlaqələr qurur.

Azərbaycanın İslam coğrafiyası ilə əlaqələri yalnız siyasi və iqtisadi xarakter daşımır. Eyni zamanda rəsmi Bakı digər sahələrdə, mədəni, humanitar, idman, elm və təhsil sahəsində də müsəlman ölkələri ilə yaxından əməkdaşlıq edir, bu əlaqələri yeni bir mərhələyə qaldırır. Azərbaycanın müsəlman ölkələri ilə qeyri-siyasi sahədə əlaqələrinin ən pik nöqtəsi 2017-ci il olub desək yanılmarıq. Hansı ki, həmin il Bakı sayca dördüncü İslam Həmrəylik Oyunlarına evsahibliyi edirdi. Kiayət qədər böyük diqqət və maraqla qarşılanan bu oyunlar Azərbaycanın İslam dünyasındakı yeri və rolunu bir qədər möhkəmləndirmiş oldu.

Bu gün də Azərbaycan dövləti İslam ölkələri ilə yaxından əməkdaşlıq edir, müxtəlif formatlarda təşkil olunan beynəlxala platformalarda yaxından iştirak edir. Elə bu günlərdə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında ölkəmizin yüksək səviyyədə təmsilçiliyi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın oyunların açılış mərasimində iştirak etmək üçün Türkiyəyə səfər etməsi bunun əyani sübutudur.

Konyada keçirilən V İslam Həmrəylik Oyunları fonunda rəsmi Bakının İslam dünyası ilə əməkdaşlığına diqqət çəkən ictimai fəal Güloğlan Cabbarlı deyib ki, Azərbaycan dövləti hər zaman islam ölkələri ilə əlaqələrin genişlənməsinə, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi diqqət ayırıb: "Təsadüfi deyil ki, ölkəmiz özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra MDB məkanından ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1994-cü ilin may ayından etibarən, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İƏT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, məhz ulu öndər Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı Krallığına səfəri ölkəmizin İƏT ölkələri ilə əməkdaşlığının gələcək inkişafı üçün möhkəm zəmin yaratdı. Ümummilli liderimizin səfər əsnasında müqəddəs Kəbədə Ümrə ziyarəti etməsi və keçirdiyi bir sıra məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırmış oldu. Bütün bu səylərin nəticəsində 1994-cü ilin dekabrında Kasablanka şəhərində keçirilmiş İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının VII zirvə görüşündə Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın xeyrinə mühüm qətnamə qəbul edildi. Həmin qətnamədə Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşmüş bir milyon nəfərə yaxın vətəndaşının məskunlaşdığı Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsinə və BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından "dərhal və qeyd-şərtsiz" çıxarılmasına çağırışlar yer aldı. Bundan iki il sonra, 1996-cı ildə Cakartada keçirilmiş İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin 24-cü konfransında qətnamənin adının dəyişdirilərək "Ermənistanın Azərbaycana qarşı təcavüzü" adlandırılması isə Azərbaycanın sözün əsil mənasında böyük uğuru idi".

O qeyd edib ki, Azərbaycan təkcə sioyasi deyil, eləcə də digər sahələrdə İslam ölkələri ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir: "Bu mənada 2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsini qeyd etmək yerinə düşər. Bu günlərdə isə anoloji yarışlar Türkiyənin Konya şəhərində keçirilir. Ümumiyyətlə, İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edən beynəlxalq idman yarışıdır.  Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da yarışların açılış mərsimində iştirak edib. Ona görə də dünyanın diqqəti Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları ilə yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürü kimi dəyərləndirilən dövlət başçısı İlham Əliyevin qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Oyunların açılış mərasimində iştirakına yönəlib. Hər zaman bir yerdə olan iki qardaş ölkənin münasibətlərinin yeni prioritetlər üzrə inkişafında qarşılıqlı səfərlərin rolu inkaredilməzdir. Hər bir səfər münasibətlərdə yeni bir mərhələnin başlanğıcıdır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirə olunan məsələlər, V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirakı qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin reallaşması istiaqamətində mühüm addımdır".

Güloğlan Cabbarlı bildirib ki,  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla da görüşüb: "Beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşlərin ənənə olduğunu önə çəkən cənab İlham Əliyev Azərbaycanın idman ölkəsi kimi tanınmasından, idmançılarımızın yarışlarda yüksək nəticələr əldə etmələrindən bəhs edərək bu Oyunlarda da uğur qazanacaqlarına əminliyini ifadə edib. O da qeyd edildi ki, Oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31