İrandan Bolton və Pompeoya sui-qəsd iddialarına reaksiya- XİN-dən açıqlama
11 Avqust 2022 15:00 Siyasətİran ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Şahram Poursəfi adlı üzvünün Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Mayk Pompeoya qarşı sui-qəsd cəhdi ilə bağlı iddialarını "gülünc və əsassız" adlandırıb.
Olaylar.az Azpost.info-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Naser Kənaniyə istinadən məlumat yayıb.
"Tehran bu gülünc və əsassız ittihamları bəhanə edərək İran vətəndaşlarına qarşı hər hansı hərəkətə qarşı qəti xəbərdarlıq edir", - XİN rəsmisi bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31