Kanadalı deputat: “Azərbaycanla münasibətlər dinamik şəkildə inkişaf edir”
11 Avqust 2022 13:43 SiyasətKanada-Azərbaycan Dostluq Qrupunun sədri Filip Lourens sosial şəbəkələrdəki səhifələrində Kanada ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini və xoş arzularını bölüşüb.
Kanadalı deputat iki ölkə arasında münasibətlərin bu illər ərzində dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.
"Otuz il əvvəl Kanada Azərbaycanla diplomatik əlaqələr qurub. Kanada-Azərbaycan Dostluq Qrupunun sədri olmaq və inkişaf edən əlaqələri vurğulamaq mənim üçün böyük şərəfdir!", - o bildirib.
azerbaycan24
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31