Borrel: “Avropa Ukraynada uzunmüddətli münaqişəyə hazır olmalıdır”

"Avropa ölkələri Ukraynanı dəstəkləmələrinin ziyanını çəkməyə hazır olmalıdır".

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib.

Onun sözlərinə görə, bu, Aİ-nin bütövlüyünü qorumaq və Ukraynanı dəstəkləməyi davam etdirmək üçün zəruridir.

"Ukrayna böhranı Avropaya da toxunur, lakin buna tab gətirmək lazımdır, çünki bütün müharibələr əvvəl-axır danışıqlarla bitir.

Biz Ukraynaya hərbi yardım edirik, lakin bu o demək deyil ki, biz danışıqlar üçün əlimizdən gələn hər şeyi etmirik. Avropalılar siyasi həll yolunun axtarışında uzunmüddətli münaqişə ilə üzləşməyə hazır olmalıdırlar", - o vurğulayıb.

azerbaycan24

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31