Latviya Parlamenti Rusiyanı rəsmi olaraq terrorizmin sponsoru elan etdi

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Mk.ru"-nun məlumatına görə, Latviya Seymi Rusiyanı terrorizmin sponsoru elan edib.

Bundan əlavə, Parlament öz bəyanatında Aİ ölkələrini Rusiya Federasiyası və Belarus vətəndaşlarına viza verilməsini dayandırmağa çağırıb.

Xatırladaq ki, avqustun əvvəlində Latviyanın Rusiyadakı səfirliyi Rusiya Federasiyası vətəndaşları üçün bütün növ vizaların verilməsini qeyri-müəyyən müddətə dayandırdığını elan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31