Laçından çıxarılan ermənilər tarixi abidələrə belə ziyan vururlar - VİDEO
11 Avqust 2022 12:16 SiyasətLaçını tərk edən ermənilərin vandallığını əks etdirən daha bir video yayılıb.
Olaylar.az xəbər verir ki, görüntülərdə ermənilərin kilsənin üzərindəki xaç ornamentləri fasaddan sökərək çıxardıqlarını görmək mümkündür. Sözügedən video erməni teleqram kanallarında yayılıb.
Göründüyü kimi, ermənilər həmişə olduğu kimi tarixi abidələrə ziyan vurur.
Qeyd edək ki, Laçında yaşayan ermənilər "Azadlıq" radiosunun erməni bürosuna açıqlamalarında bildiriblər ki, onlara bu ayın sonuna qədər şəhəri və Zabux kəndini tərk etmələri tapşırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31