Aleksey Arestoviç Ukrayna prezidenti olmaq istəyir
11 Avqust 2022 10:50 SiyasətUkrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, hazırkı lider Volodimir Zelenski ikinci müddətə namizəd olmaqdan imtina edərsə, dövlət başçısı postuna namizədliyini irəli sürəcək.
Bu barədə informasiyanı Strana nəşri yayıb.
Onun sözlərinə görə, hazırkı dövlət başçısı seçkilərdə iştirak etsə, qarşısını "kəsmək" fikrində deyil.
"Hamı mənim yüksək reytinqimdən danışır. Reytinqim indi prezidentin reytinqidir. Mən özümü prezidentdən ayırmıram. O, ikinci müddətə namizədliyini irəli sürərsə, təbii ki, qarşısını kəsməyəcəyəm. Bu, texniki cəhətdən mümkün deyil", - Arestoviç bildirib.
"Zelenski prezident olduğu müddətdə seçkilərlə bağlı mümkün planları barədə danışmağı düzgün hesab etmir", deyə o yekunlaşdırıb.
sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31