"İşğaldan sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq Laçında məskunlaşdırılıb" - Prezidentin köməkçisi
9 Avqust 2022 15:45 SiyasətLaçının işğalı və yağmalanmasından sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırılıblar.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev "Twitter" hesabındakı paylaşımında qeyd edib.
Hikmət Hacıyev "The Times" nəşrinin işğalla bağlı reportajını da paylaşıb.
"Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin "The Times" reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır", - Prezidentin köməkçisi vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31