Laçın dəhlizinə alternativ yolun yeni görüntüləri yayılıb – VİDEO

Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsindən yeni görüntüləri yayılıb.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, erməni KİV-də yayılan kadrlarda bildirilib ki, Ermənistan tərəfi tikinti işlərinə hələ bu yaxınlarda, daha dəqiq desək avqustun 3-də başlayıb.

İnşaat işlərinin gələn ilin yazında yekunlaşdırılacağı qeyd olunub.

İndi erməni ictimaiyyətini bir sual düşündürür. Avqustun 25-dən sonra Ermənistanla Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası arasındakı əlaqə hansı yol vasitəsilə təmin olunacaq?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31