Ermənilər Laçını belə tərk edirlər - VİDEO

Ermənilərin Laçın rayonunun Zabux kəndini tərk etdiklərinə dair video görüntülər sosial şəbəkələrdə yayılıb.

Videodan da göründüyü kimi ermənilər Zabuxu tərk etmək üçün əşyalarını yığmağa başlayıblar.

Qeyd edək ki, qondarma rejimin "ərazi idarəetmə və infrastruktur naziri" Hayk Xanumyan da bu yaxınlarda Zabuxda olub. O, sakinlərə kəndi tərk etmələri barədə xəbərdarlıq edib.

sfera.az

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31