Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq etdi

Türkiyə İkinci Qarabağ müharibəsi başlayarkən qəhrəman Azərbaycan ordusunun işğal altındakı torpaqlarını azad etməsini dəstəklədi.

Olaylar.az  Trend-ə istinadən bildirir ki, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, torpaqların azad edilməsindən sonrakı addım regional əməkdaşlıq oldu.

"Hazırda biz regionda rifah və sülh üçün çalışırıq. Ermənistana təxribatları davam etdirməmələri üçün xəbərdarlıq edirik", - deyə M. Çavuşoğlu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31