Ruslar bunu etsə... - Zelenskidən Putinə xəbərdarlıq

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin cənub ərazilərində referendum keçirməsi ehtimalını şərh edib. 

Zelenski bu barədə xalqa müraciəti zamanı danışıb.

O qeyd edib ki, Rusiya referendumun baş tutmasına icazə verərsə, Ukrayna bütün danışıqlardan imtina edəcək.

"Əgər işğalçılar psevdoreferendum etsələr, o zaman Ukrayna və azad dünya ilə danışıqlar imkanlarını bağlayacaqlar", - deyə Zelenski bildirib.

Prezident onu da qeyd edib ki, indi əsas məsələ silah tədarüküdür.

"Hər gün cəbhə xəttinə daha güclü və uzaq mənzilli sistemlər göndərmək üçün silah təchizatını artırmağa çalışırıq", - deyə o əlavə edib.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31